Kobaxidze Baydenin dəvəti ləğv etməsinə münasibət bildirdi

 09:58 26.09.2024     208

Gürcüstanın baş naziri İrakli Kobaxidze, Co Baydenin Nyu-Yorkdakı qəbuluna dəvətinin ləğv edilməsinə şəxsən münasibət bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.

“Bu, ciddi bir şey deyil, üç gün əvvəl dəvət göndərilib, sonra ləğv edilib. Bu, müxalifət adına bir növ humanitar aksiya olsa da, müxalifət tərəfinə praktiki təsir göstərməyib. Ancaq bu məsələyə əlavə şərh vermək mənim üçün çətin olacaq”, - Kobaxidze bildirib.

Sevinc İBRAHİMZADƏ