Nyu-York meri korrupsiyada ittiham olunur
"Siçovullarla mübarizə" səyləri ilə məşhurlaşan Nyu-York şəhərinin meri Erik Adams korrupsiyada ittiham olunur.
Redaktor.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
İttiham aktının təfərrüatları məxfi olaraq qalır. FTB və büroya nəzarət edən Ədliyyə Departamenti məsələ ilə bağlı şərh verməkdən imtina edib.
"Mən həmişə bilirdim ki, Nyu Yorkluların müdafiəsinə qalxsam, hədəfə çevriləcəyəm. Mən günahsızam, bütün gücümlə və ruhumla mübarizə aparacam. Nyu-Yorkluların həqiqəti eşitməsi üçün dərhal məhkəmənin keçirilməsini tələb edəcəm.Onlar mənim hekayəmi bilirlər", - mer bildirib.
Adams həmçinin istefa verməyəcəyini deyib.
Türkan İSGƏNDƏRLİ