Qərb Yaxın Şərqdə növbəti müharibənin qarşısını almaq istəyir
Birləşmiş Ştatlar Fransa və Vaşinqtonun regiondakı digər müttəfiqləri ilə əməkdaşlıq edərək, danışıqlara yer açmaq və münaqişəni təhdid edən böhranı aradan qaldırmaq istəyir.
Redaktor.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro deyib.
Onun sözlərinə görə, Qərb İsrail və Livandakı şiə islami Hizbullah qrupu arasında 21 günlük atəşkəs təklif edəcək.
Saziş layihəsi ABŞ-nin bir sıra əsas müttəfiqləri, o cümlədən Avstraliya , Kanada , Almaniya , Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənib.
Xatırldaq ki, İsrail ordusu Livanın cənubunda Hizbullahın hədəflərinə zərbələr endirib.
Türkan İSGƏNDƏRLİ