Yaponiya Ukrayna ilə əməkdaşlığı bərpa ETDİ

 11:41 26.09.2024     177

Pekin və Kiyev Ukraynadakı münaqişənin praktiki qarşılıqlı fəaliyyətinə mənfi təsirlərini aradan qaldıraraq ticarət-iqtisadi əməkdaşlığı bərpa ediblər.

Redaktor.az xəbər verir ki, Çinin xarici işlər naziri Van Yi Kiyevlə əməkdaşlığa dair açıqlama verib

"Hər iki tərəf Ukrayna böhranının təsirini dəf edib və tədricən praktiki əməkdaşlığa başlayıb. Bu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi illik müqayisədə 17% artıb. Çin ikitərəfli münasibətlərin inkişafında sabit dinamikanı saxlamaq üçün Ukrayna ilə birlikdə səy göstərməyə hazırdır ", - Van Yi bildirib.

Türkan İSGƏNDƏRLİ