ABŞ Ukraynaya sürüşmə bombaları verəcək

 16:36 26.09.2024     80

ABŞ Ukraynanı uzaq məsafədən hədəfləri vura bilən JSOW idarəolunan sürüşmə bombaları ilə təmin edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.

“Ukraynanın uzaqmənzilli zərbə imkanlarını artırmaq üçün mən Ukraynanı Birgə Dayanışma Silahı (JSOW) uzaqmənzilli sursatla təmin etmək qərarına gəldim”, o, Ağ Evin yaydığı bəyanatda qeyd edib.

Bu sursatlar 110 kilometrdən çox məsafədəki hədəfləri vura bilir.

Türkan İSGƏNDƏRLİ