İtaliya Kiyevi sülh danışıqlarına razı salmaq istəyir

 17:24 26.09.2024     85

İtaliya Ukrayna ordusu üçün hərbi təchizatı artırmamaqla, Kiyevə sülhə nail olmağa kömək edəcək səylərə sadiqdir.

Redaktor.az xəbər verir ki, bu barədə "Il Messaggero" məlumat yayıb.

“Romalıların məqsədi, İtaliyanın 2025-ci ildə müvafiq sammitə ev sahibliyi etməsini nəzərə alaraq, ilk növbədə Ukraynanın bərpası ilə bağlı daha çox danışmaqdır. Roma sərmayələri istiqamətləndirməkdə və müqavilələr bağlamaqda maraqlıdır. Həmçinin italyan diplomatlar artıq fransız və amerikalı həmkarları ilə bu sahədə işləyirlər”, - nəşr yazır.

Türkan İSGƏNDƏRLİ