İsrail ordusu Livan sərhədi yaxınlığında təlimlər keçirir

 18:01 26.09.2024     77

İsrail Müdafiə Qüvvələri Livan sərhədi yaxınlığında müxtəlif döyüş ssenarilərini tətbiq etmək məqsədi daşıyan təlim keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə ordu bəyanat yayıb.

"Təlim Livan sərhədindən bir neçə kilometr aralıda keçirilib. Qoşunlara dağlıq ərazidə manevr və döyüş təlimi keçib. Təlim zamanı qoşunlar şimal cəbhəsində düşmən ərazisində müxtəlif döyüş ssenarilərinə operativ və maddi-texniki hazırlığı gücləndirib", bəyanatda deyilir.

Qeyd edək ki, təlimlərdə 7-ci Zirehli Briqada iştirak edib.

Türkan İSGƏNDƏRLİ