Rusiya Ukraynanın itkilərini AÇIQLADI

 18:36 26.09.2024     73

Rusiya müharibənin 946-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 646 təyyarəsi, 283 helikopteri, 32 263 PUA-sı, 579 zenit-raket kompleksi, 18 356 tank və digər zirehli texnikası, 1 464 reaktiv yaylım atəş sistemi, 15 207 artilleriya və minaatanı, 26 510 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.