Blinken HƏMAS-ın götürdüyü girovların çoxunun hələ də sağ olduğunu BİLDİRDİ
Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının saxladığı girovların çoxu hələ də sağdır.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Entoni Blinken MSNBC telekanalına müsahibəsində bildirib.
“Bildiyimizə görə, Qəzzada çoxlu canlı girovlar var ki, biz onları ümidsiz şəkildə ailələrinə qaytarmaq istəyirik", - deyib.
Dövlət katibi əlavə edib ki, söhbət Amerika vətəndaşlığı olan girovlardan da gedir. Bununla bağlı Blinken qeyd edib ki, bu insanların evlərinə qayıtması ABŞ-nin münaqişə tərəflərini Qəzza zolağında atəşkəsə razı salmaq cəhdlərinin əsas prioritetlərindən biridir.
Turan İSMAYIL