İsrail Qəzzaya 88 cəsədin olduğu konteyner GÖNDƏRDİ

 20:13 26.09.2024     72

Qəzzadakı Fələstin hökuməti İsrailin konteynerlə göndərdiyi 88 cəsədi dünən qəbul etməyə başladıqlarını və protokollara əməl edilmədiyi üçün geri qaytarmağa qərar verdiklərini açıqlayıb.

Redaktor.az xəbər verir ki, cəsədlərlə dolu konteyneri hökumət adından Səhiyyə Nazirliyi qəbul edib. 

"Hökumət adından Səhiyyə Nazirliyi cəsədləri qəbul etmək üçün ekspert komitəsi yaradıb. Çərşənbə günü cəsədləri qəbul etməkdən imtina etdik, çünki onlar beynəlxalq protokollara əməl olunmadan gətirilib", - Qəzza hökumətinin Media Ofisinin direktoru İsmayıl Sevabite deyib.

Sevabitibe bildirib ki, işğalçı qüvvələr cəsədləri heç bir beynəlxalq, ərəb və yerli nəzarət olmadan və şəhidlərin kimliyi, yaşları, cinsi və ya hansı bölgələrdən qaçırıldıqları kimi məlumat vermədən, beynəlxalq protokollara əməl etmədən qaytarıb. Ona görə də dünən cəsədlərin qəbulunu qəbul etmədik.

Seymur BƏNNAYEV