Livana hücumlar davam edəcək - Netanyahu

 20:18 26.09.2024     68

İsrailin baş naziri Benyamin Netanyahu Livanda Hizbullaha qarşı hücumları məqsədlərinə çatana qədər davam etdirəcəklərini bildirib.

Redaktor.az xəbər verir ki, Netanyahu Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına qatılmaq üçün getdiyi Nyu Yorkda İsrail mətbuatına gündəmlə bağlı açıqlamalar verib.

Livana hücum mövzusuna toxunan Netanyahu deyib: "Bütün məqsədlərimizə çatana qədər Hizbullahı hədəf almağa davam edəcəyik".

Seymur BƏNNAYEV