Myanma Arakana hücum etdi - Ölənlər var

 21:14 26.09.2024     70

Myanma ordusunun Rakhinə (Arakan) əyalətində mülki əhalinin yaşadığı düşərgə ərazisinə təşkil etdiyi hava hücumunda azı 14 nəfərin öldüyü, 25 nəfərin yaralandığı iddia edilib.

Redaktor.az xəbər verir ki, Myanmada ordu ilə toqquşan silahlı üsyançı qruplardan biri olan Arakan Ordusunun sözçüsü Xaing Thukhaya istinadla "The Irrawaddy" qəzetinin xəbərinə görə, ordu tərəfindən 200-dən çox sivil insanın olduğu düşərgə ərazisinə hava hücumu təşkil edilib.

İlkin məlumatlara görə, azı 14 mülki vətəndaşın həyatını itirdiyi, 25 mülki vətəndaşın isə yaralandığı iddia edilib.

Seymur BƏNNAYEV