Dini ayinlər həyata keçirən 46 nəfər ÖLDÜ

 21:55 26.09.2024     82

Hindistanın Bihar ştatında 37-si uşaq olmaqla 46 nəfər dini ayinlər üçün çaylarda boğulub.

Redaktor.az xəbər verir ki, “Hindustan Times” qəzetinin məlumatına görə, qadınların uşaqları üçün oruc tutaraq çaya birlikdə girdiyi “Jivitputrika festivalı” zamanı boğulma hadisələri baş verib.

Dövlət orqanları 15 müxtəlif bölgədə dini ayinlər zamanı 37-si uşaq olmaqla 46 nəfərin çayda boğularaq həyatını itirdiyini açıqlayıb.

Rəsmilərin verdiyi məlumata görə, itkin düşənlərin axtarışları davam etdirilir. 

Seymur BƏNNAYEV