ABŞ Rusiyaya zərbə endirməklə bağlı yanaşmasında dəyişiklik etməyəcək

 22:15 26.09.2024     94

Vaşinqton ABŞ Prezidenti Co Bayden və Ukrayna lideri Volodimir Zelenski arasında keçirilən görüşdən sonra Rusiyanın dərinliklərində uzaqmənzilli silahlarla zərbələrə yanaşmada dəyişiklik elan etməyəcək.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karine Jean-Pierre bildirib.

"Bu konkret hərəkətlərlə bağlı hər hansı yeni elanların olacağını gözləmirəm", - o deyib.

Onun sözlərinə görə, Ağ Evin yanaşmaları dəyişməyib.

Qeyd edək ki, "Bloomberg" daha əvvəl yazmışdı ki, Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin təcavüzünə qarşı çıxmaq üçün nüvə doktrinasını genişləndirir. Nəşr vurğulayır ki, Rusiya lideri bu bəyanatı Rusiyanın Ukrayna Silahlı Qüvvələrinə Qərbin uzaqmənzilli silahlarından istifadə edərək Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək niyyətini bəyan edən ABŞ və Avropa İttifaqına etdiyi xəbərdarlıq fonunda verib.

Bir gün əvvəl Rusiya Prezidenti ölkəsinin nüvə silahından istifadə şərtlərinin müəyyənləşdirilməsinə bir sıra dəyişikliklərin edilməsini təklif edib.

Turan İSMAYIL