Bu ölkələr Ukraynada nizamlanma üzrə dialoqu asanlaşdırmağa ÇAĞIRDI

 22:23 26.09.2024     90

Hindistan, Braziliya və Cənubi Afrika Ukraynadakı münaqişənin həlli üçün birbaşa dialoqun təşviqinə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində üç ölkənin xarici işlər nazirlərinin görüşünün yekunları üzrə verilən birgə bəyanatda deyilir.

Ukraynadakı münaqişə ilə bağlı narahatlığını ifadə edərək, nazirlər bütün iştirakçıları gərginliyin azaldılmasını və effektiv sülh üçün şərait yaratmaq üçün birbaşa dialoqu təşviq etməyə çağırıblar.

Bəyanatın mətnində qeyd edilib ki, üç ölkənin xarici işlər nazirləri “münaqişənin dialoq və diplomatiya yolu ilə sülh yolu ilə həllinə yönəlmiş vasitəçilik və xidmətlər üzrə müvafiq təklifləri, o cümlədən bilavasitə iştirak etməyən ölkələrin təkliflərini qiymətləndiriblər.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Ukraynadakı vəziyyətin həlli üçün şərtləri açıqlamışdı. Onların arasında Ukrayna Silahlı Qüvvələrinin Donbass və Novorossiyadan çıxarılması və Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsi var. Bundan əlavə, Rusiya Qərbin ona qarşı tətbiq etdiyi bütün sanksiyaları ləğv etməyi və Ukrayna üçün bloklara qoşulmamaq və nüvə silahından azad statusun yaradılmasını zəruri hesab edir.

Turan İSMAYIL