BRİKS xarici işlər nazirləri Kazan sammitinə hazırlığı müzakirə etdilər
BRİKS ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri sülh və təhlükəsizliyin qorunması mövzusunu, o cümlədən Kazanda keçiriləcək sammitə hazırlıq məsələlərini müzakirə ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilən görüşün yekunlarına dair bəyanatında deyilir.
“Bir çox beynəlxalq məsələlər, o cümlədən BMT Baş Assambleyasının 79-cu sessiyasının gündəliyində duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, davamlı inkişaf kimi beynəlxalq platformalarda BRİKS formatında koordinasiyanı artırmaq niyyəti təsdiqlənib”, - açıqlamada bildirilir.
Qeyd edək ki, oktyabrın 22-24-də Kazanda BRICS sammiti keçiriləcək.
Turan İSMAYIL