İsrail şimal cəbhəsində yeni əməliyyatlara başladığını TƏSDİQLƏDİ

 23:36 26.09.2024     52

İsrailin müdafiə naziri Yoav Qalant şimal cəbhəsində yeni əməliyyatlara başlandığını təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazir bildirib ki, İsrail radikal “Hizbullah” hərəkatının hərbi infrastrukturuna zərbələr endirməkdə davam edəcək.

"İsrail sakinlərinin evlərinə təhlükəsiz qayıtmasını təmin etmək üçün əlavə tapşırıqlarımız var", - Qalant vurğulayıb.