Zelenskinin brendi yaradıldı

 10:00 27.09.2024     82

Ukrayna prezidenti Vladimir Zelenski "ZELENSKYY" ticarət nişanını İsveçrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatında qeydiyyatdan keçirib.

Redaktor.az xəbər verir ki, onlar Ukrayna liderinin adı ilə spirtli içki və tütün satışına başlaya bilərlər.

Sənədlərə əsasən, brend Kanada, Aİ, Böyük Britaniya, Gürcüstan, İsrail, Yaponiya, Türkiyə, ABŞ, Ermənistan, İsveçrə, Çin, Moldovada istifadə üçün qeydiyyatdan keçib. Bu brend altında kvas, süd, balıq, meyvə şirələri, humus, pivə, energetik içkilər, elektron siqaretlər və onlara sərf olunan materiallar, siqarlar, çeynəmə tütünləri, tütəklər, qəlyan, külqabı, alışqan və kibrit satıla bilər.

Sevinc İBRAHİMZADƏ