Ukrayna böhranının həlli üçün platforma HAZIRLANIR

 10:32 27.09.2024     54

Çin, Braziliya, eləcə də digər dövlətlər Ukrayna münaqişəsinin həlli üçün “Sülh Dostları” platforması hazırlayacaq.

Redaktor.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi Nyu-Yorkda Braziliya prezidentinin xüsusi nümayəndəsi Selso Amorim ilə görüşündə bildirib.

Sözügedən platformanın gələcək iştirakçıları inklüziv dialoq prinsiplərinə əməl edəcəklər.

Vanq Yi həmçinin qeyd edib ki, Ukraynadakı münaqişə ilə bağlı mövqeyinə görə Çini günahlandıran dövlətlərin gizli məqsədləri var.

Türkan İSGƏNDƏRLİ