Gürcüstan bu şərtlə ABŞ ilə münasibətləri tənzimləyər
![](https://img.redaktor.az/news/2024/09/photo_255470.jpg?v=MTA6MzEyMDI0LTA5LTI3IDEyOjE1OjIw)
Vaşinqton siyasətini dəyişərsə, Gürcüstan ABŞ ilə münasibətlərə yenidən baxacaq.
Redaktor.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
O, status-kvonun yenidən nəzərdən keçirilməsinin zəruriliyini bəyan edib və Vaşinqtonun siyasətində dəyişiklik etməyi şərt adlandırıb.
“Bu, bizim aydın mövqeyimizdir. Hər şey Amerika tərəfdən asılıdır”, - Gürcüstanın Baş naziri vurğulayıb.
Türkan İSGƏNDƏRLİ