Zelenski ABŞ-dəki səfər müddətini uzatdı
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin keçmiş prezidenti Donald Trampla görüşmək üçün səfərini uzadıb.
Redaktor.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, Ukrayna Prezidenti Trampla görüşdükdın sonra ABŞ-ni tərk edəcək. Ukrayna tərəfi sentyabrın 27-də Nyu-Yorkda şəxsi görüş istəyib.
Xatırladaq ki, Ukrayna rəsmiləri Zelenskinin Trampla görüşdən yayındığını açıqlamışdı. İddialara görə, görüş ABŞ-nin keçmiş prezidentinə qarşıdan gələn seçkilərdə dəstək kimi də qəbul oluna bilər.
Türkan İSGƏNDƏRLİ