Ərdoğan Paşinyanla görüşündən danışdı: "Məsələlərə müsbət yanaşdığını gördüm"

 16:10 27.09.2024     100

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündən danışıb.

Redaktor.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bildirib ki, görüş zamanı əsasən Azərbaycan və Ermənistan arasında olan problemlər müzakirə edilib.

"Mən Paşinyanın bu məsələlərə müsbət yanaşdığını gördüm. Ümidimiz bu yanaşmanı bir araya gələrək həll etməkdir və bilirəm ki, Azərbaycanda da bu məsələdə eyni anlayış var. Ümid edirəm ki, hər iki ölkə bu yanaşmanı irəli sürməklə problemi həll edəcək", - Ərdoğan vurğulayıb.

Qeyd edək ki, görüş zamanı Türkiyə lideri Ermənistan və Azərbaycan arasında daimi sülhün bərqərar olmasının tərəfdarı olduğunu qeyd edib və Türkiyə ilə Ermənistan arasında normallaşma istiqamətində mühüm irəliləyişlərin əldə olunduğunu vurğulayıb.