"Şəhid qoxusu" adı altında ətir satdılar - QALMAQAL DÜŞDÜ

 17:31 27.09.2024     96

Türkiyədə saqqallı bir şəxs ətiri "şəhid qoxusu" adı ilə istehsal etdiklərini deyərək reklam edib.

Redaktor.az haberler.com-a istinadla xəbər verir ki, bundan sui-istifadə edib fürsətə çevirdilər.

Paylaşılan görüntüdə həmin şəxs "şəhid qoxusu" adı ilə ətir istehsal etdiklərini və məhsulun tanıtımından çəkinmədiklərini bildirib.

Qısa müddətdə internetdə yayılan və böyük reaksiyalara səbəb olan görüntünün altına insanlar sərt reaksiyalar bildiriblər.  v