Bayden Zelenskinin "qələbə planı"na şübhə edir
ABŞ Prezidenti Co Bayden Ukrayna prezidenti Volodimir Zelenskinin “qələbə planı”na inanmır.
Redaktor.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Məlumata görə, Bayden Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumuna da şübhə ilə yanaşır. Bundan əlavə, ABŞ hakimiyyəti "münaqişənin uzunmüddətli trayektoriyası"ndan narahatdır.
Qeyd edək ki, Bayden və ukraynalı həmkarı oktyabrın 12-də Almaniyada Zelenskinin “qələbə planını” müzakirə edəcəklər.
Türkan İSGƏNDƏRLİ