Ukraynaya məxsus PUA vuruldu

 17:37 27.09.2024     86

Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində Ukraynaya məxsus təyyarə tipli pilotsuz təyyarəni vurub.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ukraynanın pilotsuz uçan aparatı ilə Kiyev rejiminin təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Hədəf Belqorod vilayətinin ərazisi üzərində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Türkan İSGƏNDƏRLİ