Meqqi Smit ÖLDÜ

 18:00 27.09.2024     66

Məşhur britaniyalı aktrisa Meqqi Smit 89 yaşında vəfat edib.

Redaktor.az  “sky news”a istinadla xəbər verir ki, bu barədə məlumatı aktrisanın ailəsi yayıb. 

Meqqi Smitin Londonda xəstəxanada vəfat etdiyi qeyd olunub.

160-dan çox film və serialda rol alan aktrisa karyerası boyunca çox sayda mükafata layiq görülüb. O, “Harry Potter” filmlərində professor Makqonaqall rolu ilə yanaşı, “Downton Abbey” serialında da Vayolet Krouli rolu ilə də böyük populyarlıq qazanıb.