İsrail İrana hücum edəcək - Netanyahudan XƏBƏRDARLIQ

 18:54 27.09.2024     54

İsrail İran tərəfindən hücuma məruz qalacağı təqdirdə bu ölkəyə hücum edəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 79-cu sessiyasında ümumi siyasi müzakirələr zamanı deyib.

"Əgər bizə hücum etsəniz, biz də sizə hücum edəcəyik", - Netanyahu İran rəhbərliyinə müraciətində bildirib.

“Bütün Yaxın Şərqdə olduğu kimi, İranda da elə bir yer yoxdur ki, İsrailin ora əli çatmasın”, - o əlavə edib.