Livanın cənubunda 200 mindən çox insan didərgin düşüb - UNRWA

 19:46 27.09.2024     234

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrail ordusunun hücumlarını artırdığı Livanın cənubunda təxminən 200 min insanın didərgin düşdüyünü açıqlayıb.

Redaktor.az xəbər verir ki, UNRWA-dan verilən yazılı açıqlamada, 8 oktyabr 2023-cü il tarixindən bu yana İsrail və Hizbullah arasında davam edən qarşıdurmalarda gərginliyin artmasının ardından bölgədəki fələstinlilərin təhlükəsiz sığınacaq axtarmasından sonra UNRWA-nın təcili müdaxiləyə başladığı bildirilib.

Bildirilib ki, UNRWA köçkünlərə xidmət etmək üçün Sidon şəhərində 3 sığınacaq mərkəzi açıb.

Açıqlamada Livanın cənubunda çoxlu sayda insanın didərgin düşdüyü bildirilib və köç dalğasının Sidon şəhərində çörək və içməli su kimi ilkin ehtiyacların çatışmazlığına səbəb olduğu vurğulanıb.

Seymur BƏNNAYEV 

Vumart və Güvən reklamı Vumart Güvən