Qəssam Briqadaları elan etdi: Qəzzada İsrail tankı məhv EDİLDİ

 21:00 27.09.2024     84

Qəssam Briqadaları tərəfindən verilən açıqlamaya görə, Qəzza zolağının cənubundakı Xan Yunisdə bir tank məhv edilib. Tankda olan əsgərlər arasında ölən və yaralananların olduğu bildirilib.

Redaktor.az xəbər verir ki, Qəssam Briqadaları tərəfindən Telegram-da verilən açıqlamada Xan Yunisin şərqindəki Sufa bölgəsində "Merkava 4" tipli İsrail tankının "Yasin-105" raketi ilə məhv edildiyi bildirilib.

Açıqlamada, hücum nəticəsində tankda həlak olan və yaralanan əsgərləri təxliyə etmək üçün İsrail helikopterlərinin hadisə yerinə eniş etdiyi qeyd edilib. Qəsəm Briqadalarının bəyanatı ilə bağlı İsraildən hələlik heç bir açıqlama verilməyib.

Seymur BƏNNAYEV