Lavrov suriyalı həmkarı ilə regiondakı vəziyyəti müzakirə ETDİ

 21:30 27.09.2024     59

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Suriyanın xarici işlər naziri Bassam Sabbaq Qəzzada davam edən gərginlik və Livanda vəziyyətin pisləşməsi fonunda Yaxın Şərq regionunda mövcud vəziyyəti müzakirə ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Söhbət zamanı Suriya və onun ətrafındakı vəziyyət ətraflı müzakirə olunub”, - məlumatda deyilir.