Sloveniyanın Baş nazirindən Netanyahuya: Müharibəni dayandır!

 22:14 27.09.2024     79

Sloveniyanın Baş naziri Robert Qolob Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının kürsüsünə qalxaraq İsrailin baş naziri Benyamin Netanyahunu müharibəni dərhal dayandırmağa çağırıb.

Redaktor.az xəbər verir ki, Qolob BMT Baş Assambleyasının 79-cu müzakirələrində iştirakçılara müraciət edib.

Qəzzada insanların əslində yaşamadıqlarını, sadəcə var olduqlarını ifadə edən Qolob deyib: "Onlarda olan tək şey sabahın daha da pis olacağıdır. İordan çayının qərb sahilində və Qüdsdə fələstinlilərə edilən zülm artmaqdadır.

Qolob Qəzza və Livanda atəşkəsin təmin olunmasınə və BMT-də islahatların aparılmasını tələb edib.

Qəzzada insanların qəsdən hərbi hədəflər olduğuna diqqət çəkən Qolob bildirib: "Keçən il çox sayda humanitar yardım işçisinin öldürülməsinin başqa izahı ola bilməz".

Seymur BƏNNAYEV