“Putinlə mənim çox yaxşı münasibətim var”

 22:51 27.09.2024     65

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə Rusiya lideri ilə münasibətlərindən də danışıb.

Redaktor.az xəbər verir ki, açıqlama CNBC tərəfindən yayımlanıb.

O, Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətlərinin olduğunu deyib:

“Bildiyiniz kimi, Prezident Putinlə mənim çox yaxşı münasibətim var”.

Həmçinin Tramp seçkilərdə qalib gələrsə, Ukrayna-Rusiya münaqişəsini çox tez həll edəcəyinə söz verib.