Qurtulmuş Rusiya səfərindən danışdı: Ümid edirəm ki...

 23:47 27.09.2024     58

Rusiyadakı görüşlərimiz gözlədiyimizdən də məhsuldar oldu. Hazırkı beynəlxalq şəraitdə Türkiyə ilə Rusiya arasında mövcud olan bütün məsələləri, o cümlədən regional və qlobal mövzuları ətraflı müzakirə etmək çox faydalı idi.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş Rusiya səfəri barədə danışarkən deyib.

"Ümid edirəm ki, nəticələr yaxşı olacaq. Gələcəkdə bu mövzuların işlənməsini izləyəcəyik və qarşıya qoyulan məqsədlərə nail olmağa çalışacağıq”, - N.Qurtulmuş qeyd edib.