Almaniya hökuməti Türkiyə ilə deportasiya ilə bağlı müqavilə bağlayıb - KİV

 23:49 27.09.2024     59

Almaniya kansleri Olaf Şolz və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deportasiya ilə bağlı razılığa gəliblər ki, bu da gələcəkdə Almaniyada sığınacaq istəməyən 500-ə qədər Türkiyə vətəndaşının hər həftə evlərinə göndərilə biləcəyini göstərir.

Redaktor.az xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzeti mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, razılaşmadan əvvəl Berlin və Ankara hökumətləri arasında bir neçə ay davam edən danışıqlar aparılıb. Hazırda ümumilikdə 200 türk bir neçə planlı reyslə Almaniyadan Türkiyəyə deportasiya edilməlidir. Ankara, qəzetin qeyd etdiyi kimi, həftədə 500-ə qədər Türkiyə vətəndaşını qəbul etməyə hazır olduğunu açıqlayıb. Artıq bununla bağlı müvafiq hazırlıq işləri görülür. Bunun müqabilində Türkiyə daha asan viza rejiminə ümid edir.

Nəşr Almaniyadakı 13,5 mindən çox türkün ölkəni tərk etməsinin tələb olunduğunu vurğulayır. Lakin Türkiyəyə deportasiya həssas məsələdir. Ölkə Almaniya və NATO tərəfdaşları üçün böyük geosiyasi əhəmiyyətə malikdir. Nəşr qeyd edir ki, Türkiyədən sığınacaq axtaranların sayı keçən il o qədər artıb ki, Almaniya kansleri bu məsələni şəxsən öz üzərinə götürüb.

Belə ki, 2023-cü ildə Türkiyədən sığınacaq axtaranların sayı əvvəlki illə müqayisədə 150%-dən çox artıb. Türkiyə Almaniyada Suriyadan sonra sığınacaq axtaranların mənşə ölkəsi olaraq ikinci yerə yüksəlib. Bu il Türkiyə Əfqanıstandan sonra üçüncü yerə düşüb.

Turan İSMAYIL