Ermənistan və Fələstin diplomatik əlaqələr QURUR

 12:11 28.09.2024     86

Ermənistanla Fələstin arasında diplomatik münasibətlərin qurulmasına dair sənəd imzalanıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müvafiq kommünike Nyu-Yorkda keçirilən görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Fələstinin Baş naziri Məhəmməd Mustafa tərəfindən imzalanıb.

Ermənistan iyun ayında Fələstin dövlətini tanıdığını elan edib.