İraq Livana uçuşları dayandırdı

 14:08 28.09.2024     96

İraqın paytaxtı Bağdaddan Livanın paytaxtı Beyruta bütün uçuşlar dayandırılıb.

Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı İraq Hava Yolları tərəfindən yazılı açıqlama verilib.

“Livanda təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar Bağdad və Livan arasında bütün uçuşlar gec bir tarixə qədər dayandırılıb”, - deyə məlumatda deyilir.