Əli Xamenei təhlükəsiz əraziyə təxliyə EDİLDİ

 16:30 28.09.2024     75

İranın ali dini lideri Əli Xamenei gücləndirilmiş təhlükəsizlik tədbirlərinin görüldüyü əraziyə köçürülüb.

Redaktor.az xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.

Məlumata görə, təxliyə əməliyyatı “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın öldürülməsi ilə bağlı xəbərlər fonunda həyata keçirilib.

Bundan əvvəl İsrail ordusu “Hizbullah” liderinin öldürülməsi ilə bağlı yayılan informasiyanın doğru olduğu barədə açıqlama yayıb.