BMT İsrailin Beyruta hücumlarına qarşı "həyəcan" vəziyyətindədir

 20:44 28.09.2024     106

Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Düjarrik, İsrailin Beyruta son hücumları ilə bölgədə artan gərginlikdən dərin narahat olduqlarını ifadə edərək deyib: "Beyrutdakı son hadisələri həyəcanla izləyirik".

Redaktor.az xəbər verir ki, BMT-nin sözçüsü Dujarrik gündəlik mətbuat brifinqində İsrailin Livana artan hücumlarına BMT-nin yanaşması ilə bağlı qiymətləndirmələr edib.

Dujarrik, İsrail-Livan sərhədindəki Mavi Xətt boyunca gərginliyin ciddi şəkildə artdığını və bölgədəki hadisələri dərin narahatlıqla izlədiklərini ifadə edib.

Son hücumların həm Livan, həm də İsrail vətəndaşlarını təhlükə altına atdığını bildirən BMT sözçüsü artan gərginliyin regionda sabitlik və təhlükəsizliyə ciddi ziyan vurduğunu bildirib.

Seymur BƏNNAYEV