Pentaqondan İsrailə tam DƏSTƏK

 21:01 28.09.2024     96

İsrailin müdafiə naziri Yoav Qallant ilə Livandakı vəziyyəti müzakirə edən ABŞ müdafiə naziri Lloyd Austin İsraili müdafiə etməkdə qərarlı olduqlarını bildirib.

Redaktor.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Hizbullah lideri Həsən Nəsrullahın İsrail tərəfindən öldürülməsindən sonra açıqlama verib.

Pentaqon bildirib ki, ABŞ müdafiə naziri Lloyd Austin Livandakı hadisələrlə bağlı dünən iki dəfə İsrailin müdafiə naziri Yoav Qallant ilə görüşüb.

Açıqlamaya görə, Ostin Qallanta deyib ki, o, İsrailin “İranın dəstəklədiyi terror qruplaşmalarına” qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir.

O, həmçinin bəyan edib ki, Birləşmiş Ştatlar İran, onun İran tərəfindən dəstəklənən tərəfdaşları və müvəkkillərinin vəziyyətdən istifadə etməsinə və ya münaqişəni genişləndirməsinə mane olmaqda qərarlıdır.

Seymur BƏNNAYEV