ABŞ Ukraynadan atəşkəs planı gözləyirdi - Keçmiş səfir

 21:28 28.09.2024     65

Qərb tərəfdaşları Kiyevi qeyri-müəyyən müddətə dəstəkləməyə hazır deyil, ona görə də ABŞ Ukrayna Prezidenti Vladimir Zelenskidən “qələbə” deyil, atəşkəs planı gözləyirdi.

Redaktor.az xəbər verir ki, bunu Ukraynanın Vaşinqtondakı keçmiş səfiri Valeri Çalıy deyib.

Onun sözlərinə görə, Ukraynanın tərəfdaşları, o cümlədən ABŞ, birbaşa deyirlər ki, onlar yaxın bir neçə il üçün hər il 100 milyard dollar ayırmağa hazır deyillər.