Livanda 200 mindən çox insan məcburi köçkün vəziyyətindədir - BMT
Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi İsrailin hücumları nəticəsində Livanda 200 mindən çox insanın məcburi köçkün vəziyyətinə düşdüyünü açıqlayıb.
Redaktor.az xəbər verir ki, Qrandi X sosial media platformasında İsrailin Livana hücumları haqqında yazı paylaşıb.
Livanda yaşayan 50 mindən çox livanlı və suriyalının İsrailin hava hücumlarından qaçaraq Suriyaya keçdiyini bildirən Qrandi deyib: "Livan daxilində 200 mindən çox insan didərgin düşüb".
Qrandi, ehtiyacı olan hər kəsə çatmaq üçün yardım əməliyyatlarının hər iki hökumətlə koordinasiyalı şəkildə davam etdiyini bildirib.
Seymur BƏNNAYEV