İsrail bütün bəşəriyyətə meydan oxuyur - Rəcəb Tayyib Ərdoğan

 21:14 28.09.2024     88

“İsrail hökuməti öz qırğınlarına silah və sursat dəstəyi verən qüvvələr tərəfindən ərköyünləşdirildiyi üçün getdikcə daha məsuliyyətsizlışir, bütün insanlığa, bəşəri dəyərlərə və insanlığa meydan oxuyur. İsrailin Qəzza və Ramallahda həyata keçirdiyi qığınları Livan və digər bölgələrə də yayma cəhdləri artıq dayandırılmalıdır".

Redaktor.az xəbər verir ki, bununla bağlı Rəcəb Tayyib Ərdoğan sosial media hesabından açıqlama verib. 

O bildirib ki, Livan və Livan xalqı İsrailin oktyabrın 7-dən bəri davam etdirdiyi soyqırım, işğal və işğalçılıq siyasətinin yeni hədəfidir.

Türkiyə prezidenti heç bir vicdan sahibinin belə bir qırğını qəbul edə, bəhanə edə və ya haqq qazandıra bilməyəcəyini vurğulayıb. 

Seymur BƏNNAYEV