Livanda 3 günlük matəm elan EDİLDİ

 22:37 28.09.2024     53

Livan hökuməti İsrailin Beyrutda həyata keçirdiyi hava hücumunda həyatını itirən Hizbullahın baş katibi Həsən Nəsrullah üçün 3 günlük matəm elan edib.

Redaktor.az xəbər verir ki, ölkənin rəsmi xəbər agentliyi NNA-da yer alan xəbərə görə, Nazirlər Şurası, İsrailin Hizbullahın qalası olaraq xarakterizə edilən paytaxt Beyrutun Dahiyə bölgəsinə təşkil etdiyi hava hücumlarında həyatını itirən Nəsrullahın dəfn ediləcəyi günün rəsmi dövlət günü olaraq qəbul edildiyini açıqlayıb.

Qeyd edək ki, 3 günlük matəm sentyabrın 30-dan oktyabrın 2-dək davam edəcək.

Seymur BƏNNAYEV