Netanyahu müharibənin bölgəyə yayılmasını istəyir - Fidan

 22:42 28.09.2024     75

İsrail ordusunun Livanda həyata keçirdiyi hücumda Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsi ilə bağlı Türkiyə Xarici İşlər Naziri Hakan Fidan deyib: "Görünür, İsrail və Netanyahunun müharibənin bölgəyə sıçraması arzusu var".

Redsktor.az xəbər verir ki, Nazir Fidan Nyu-Yorkdakı Türkevidə "TRT News"un canlı yayımında gündəmi qiymətləndirib və jurnalistlərin suallarını cavablandırıb.

Fidan, bir il əvvəl dediklərinin baş verdiyini və bunun belə olmasını istəmədiklərini ifadə edərək bildirib: "İsrailin dayandırılmadığı təqdirdə bu müharibə Qəzza və Fələstindən başqa yerlərə də daşınacaq".

Seymur BƏNNAYEV