İsrail Baş Qərargah rəisi Hələvi: Döyüşə davam etməkdə qərarlıyıq
İsrail Baş Qərargah rəisi Herzi Hələvi İsraili çətin günlərin gözlədiyini, Hizbullah terror təşkilatını məhv etmək və mübarizəni davam etdirmək əzmində olduqlarını bildirib.
Redaktor.az xəbər verir ki, İsrail Baş Qərargah rəisi Herzi Hələvi Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsindən sonra yeni açıqlama verib.
İsraildəki Şimal Komandanlığında vəziyyəti dəyərləndirən Hələvi, mümkün cavab tədbirinə hazırlıq məqsədilə hücum və müdafiədə "ən yüksək səviyyədə hazır olduqlarını" bildirib.
Seymur BƏNNAYEV