ABŞ-ın Suriyadakı bazası atəşə TUTULDU
Suriyanın Deyr əz-Zor vilayətindəki Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazası atəşə tutulub.
Redaktor.az xəbər verir ki, bu barədə “Əl Məyadin” telekanalı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, bazaya raketlər və PUA-lar atılıb.
Əlavə məlumat verilməyib.
Qeyd edək ki, baza sonuncu dəfə avqustun 29-da atəşə tutulmuşdu.