Polşada daşqınlar nəticəsində ölənlərin sayı 9 nəfərə ÇATDI

 12:25 29.09.2024     86

Polşanın cənub-qərbində irimiqyaslı daşqınlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Polşa Nazirlər Kabinetinin iclasında məlumat verilib.

Bununla da daşqın qurbanlarının sayı daha 2 nəfər artıb.

Təbii fəlakətlə əlaqədar 4778 nəfər evlərini müvəqqəti tərk etmək məcburiyyətində qalıb.