İsrail Livanda quru əməliyyatına HAZIRLAŞIR

 12:55 29.09.2024     78

İsrail hərbi qüvvələri Livanda məhdud quru əməliyyatı həyata keçirməyə hazırlaşır.

Redaktor.az xəbər verir ki, bu barədə ABC telekanalı ABŞ-ın yüksək səviyyəli rəsmisinə istinadən bildirib.

Qeyd edilib ki, İsrail hakimiyyəti Avropa Birliyinin hətta qısamüddətli atəşkəs təklifini də qəbul etmir, ABŞ administrasiyası ilə əlaqə saxlamır.