İsrail Hizbullahın Suriyadakı mövqelərini də VURDU

 16:00 29.09.2024     87

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Suriyanın Xüms əyalətindəki hərbi obyektlərə hücum edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Əl Hədat” telekanalı məlumat yayıb.

Məlumata görə, zərbələr Suriya ordusunun tərəfində vuruşan Hizbullah silahlı dəstəsinin yerləşdiyi Livanla həmsərhəd Əl-Quseyr şəhərinin ətrafına endirilib.