Ukrayna 120 dronla rusların silah anbarına hücum ETDİ

 16:24 29.09.2024     87

Ukrayna ordusu Rusiyanın Volqoqrad vilayətindəki raket anbarına zərbələr endirib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

“Sentyabrın 29-də aparılan birgə əməliyyat nəticəsində Volqoqrad vilayətinin Kotluban qəsəbəsində yerləşən raket və sursatların saxlanıldığı anbar məhv edilib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, hücumda Ukrayna istehsalı olan müxtəlif tipli 120 ədəd kamikadze drondan istifadə olunub.